...

Bakıda “Heydər Əliyevin elmi irsi” adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Siyasət Materials 24 Aprel 2013 13:41 (UTC +04:00)
Çərşənbə günü Bakıda professor, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Zahid Qaralovun "Heydər Əliyevin elmi irsi" adlı kitabın təqdimat mərasimi keçirilib.
Bakıda “Heydər Əliyevin elmi irsi” adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir M.Əliyev/

Çərşənbə günü Bakıda professor, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Zahid Qaralovun "Heydər Əliyevin elmi irsi" adlı kitabın təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirin açılışında YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı ümummilli lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin 90 illik yubileyinə hazırlaşır və ölkənin hər bir güşəsində bununla bağlı silsilə tədbirlər keçirilir. O qeyd edib ki, Azərbaycanda Heydər Əliyev haqqında çoxlu kitablar yazılıb və bundan sonra da uzun illər Heydər Əliyevə həsr olunan dəyərli əsərlər yaradılacaq.

"Heydər Əliyevə həsr olunan hər bir əsər onun şəxsiyyətinə böyük hörmətin və ehtiramın ifadəsidir, Heydər Əliyevin şəxsiyyətinin böyüklüyünün etirafının göstəricisidir", - Əhmədov deyib.

Əhmədov deyib ki, "Heydər Əliyevin elmi irsi" adlı kitab Azərbaycan dövlətçiliyi və tarixi baxımından əhəmiyyət kəsb edən əsərdir. O deyib ki, bu kitab gələcək nəsillərin milli ruhda böyüməsinə, dövlətçilik ənənələrinə sadiq qalmasına öz tövfəsini verəcək.

Professor Vilayət Əliyev tədbirdə bildirib ki, Heydər Əliyevin xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə olan münasibəti əbədi olacaq.

"Xalqın varlığı üçün onun milli-mənəvi dəyərləri qorunmalıdır. Ümummilli lider Heydər Əliyevin də məhz milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətləri olub", - Əliyev deyib.

O qeyd edib ki, Azərbaycanı dünyada Heydər Əliyev qədər tanıdan şəxs olmayıb.

"Çağ" Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən tədbirdə ümummilli liderin təhsilə olan qayğısından bəhs edib. O qeyd edib ki, məhz Heydər Əliyev Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsillə bağlı ilk dəfə Türkiyə ilə müqavilə imzalayaraq "Çağ" məktəblərinin ilk xeyir-duasını verən şəxs olub.

"Heydər Əliyevin təhsilə verdiyi qiymət hər zaman bizə dəstək olub, bizim daha məsuliyyətlə çalışmağımıza sövq edir", - o deyib. Özərən qeyd edib ki, Heydər Əliyevin təhsilə qayğısının nəticəsində azərbaycanlı gənclər dünyanın müxtəlif ölkələrinin aparıcı ali məktəblərində təhsil alırlar.

Millət vəkili Tahir Rzayev isə bildirib ki, Zahid Qaralovun "Heydər Əliyevin elmi irsi" adlı kitabı Heydər Əliyevçilərə bir töfhədir. O qeyd edib ki, Heydər Əliyev irsi böyük bir elmi məktəbdir. "Milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev ideyalarının təməlində dayanıb", - Rzayev deyib. Deputat deyib ki, Heydər Əliyev ömrünün parlaq səhifələrini oxuculara çatdırmaq Zahid Qaralovun həyat xəttini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti