...

Gürcüstanda aralıq seçkilər başa çatdı

Siyasət Materials 27 Aprel 2013 23:00 (UTC +04:00)
Gürcüstan parlamentinə üç dairə üzrə aralıq seçkilər başa çatıb. Trend-in məlumatına görə, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zurab Xaratişvili yekun mətbuat konfransında bəyan edib ki, dinc şəraitdə keçirilən seçkilərdə seçicilərin ümumi sayından orta hesabla 32 faizi iştirak edib.
Gürcüstanda aralıq seçkilər başa çatdı

Gürcüstan, Tbilisi, 27 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan parlamentinə üç dairə üzrə aralıq seçkilər başa çatıb. Trend-in məlumatına görə, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zurab Xaratişvili yekun mətbuat konfransında bəyan edib ki, dinc şəraitdə keçirilən seçkilərdə seçicilərin ümumi sayından orta hesabla 32 faizi iştirak edib.

Tbilisinin Nadzaladevi rayonundakı seçkilərdə 28 faiz, Baqdatidə 36 faiz, Samtrediada isə 48 faiz iştirak edib.

Xaratişvilinin sözlərinə görə, MSK-ya 3 şikayət daxil olub ki, bu da prosedur qaydalarının pozulması ilə əlaqədardır və seçkilərin nəticələrinə təsir edə bilməz.

Sədr qeyd edib ki, seçkilərin ilkin nəticələri gecəyarısı, yekun nəticələri isə 10-12 gündən sonra məlum olacaq.

Ümumilikdə seçkilərdə 13 siyasi partiya və 1 müstəqil blok iştirak edib. Seçkiləri 20 QHT, 7 beynəlxalq və 17 media təşkilatı müşahidə edib.

Yeri gəlmişkən, parlament çoxluğunun lideri, hakim "Gürcü arzusu" koalisiyasının nümayəndəsi David Saqanelidze bildirib ki, hər üç dairədə onun koalisiyasının təmsilçiləri qalib gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti