...

Uruqvay parlamentinin spikeri Azərbaycana səfər edəcək

Siyasət Materials 1 May 2013 10:57 (UTC +04:00)
Uruqvay parlamentinin sədri German Kardoso yaxın zamanlarda Azərbaycana rəsmi səfərə gələcək
Uruqvay parlamentinin spikeri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 1 may / Trend, müxbir M.Əliyev/

Uruqvay parlamentinin sədri German Kardoso yaxın zamanlarda Azərbaycana rəsmi səfərə gələcək.

Milli Məclisdən çərşənbə günü Trend-ə bildirilib ki, bu barədə Kardoso Milli Məclisin Azərbaycan-Uruqvay dostluq qrupunun üzvləri ilə görüşdə bildirib.

Qeyd edək ki, Milli Məclisin üzvü, Azərbaycan-Uruqvay parlamentlərarası dostluq qrupunun sədri Cavanşir Feyziyev və Milli Məclisin üzvü Aslan Cəfərov Uruqvay parlamentinin üzvləri, parlamentin beynəlxalq əlaqələr komitəsinin sədri və eləcə də Uruqvay Respublikasının Beynəlxalq Parlamentlərarası İttifaqdakı nümayəndə heyəti ilə ikitərəfli görüşlər keçirib.

Azərbaycan nümayəndə heyətinin Uruqvay parlamenti Nümayəndələr Palatasının sədri German Kardoso ilə görüşündə, həmçinin hər iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Cavanşir Feyziyev Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun dəvət məktubunu Uruqvay parlamentinin sədrinə təqdim edib. Spiker German Kardoso azərbaycanlı həmkarının dəvətini məmnuniyyətlə qəbul etdiyini və yaxın zamanlarda Azərbaycan Respublikasına rəsmi səfərə gəlmək arzusunda olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti