...

İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 1 May 2013 16:57 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də ABŞ Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 1 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də ABŞ Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatda uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunaraq müdafiə sahəsində əməkdaşlığın da yüksək səviyyədə olduğu vurğulandı.

ABŞ Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzer Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakını yüksək qiymətləndirdi, bu sahədə fəal əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti