...

Çinin Azərbaycana təmənnasız hərbi yardımı nəzərdə tutan Saziş təsdiq edildi

Siyasət Materials 4 May 2013 10:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il yanvarın 21-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Çinin Azərbaycana təmənnasız hərbi yardımı nəzərdə tutan Saziş təsdiq edildi

Azərbaycan, Bakı, 4 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il yanvarın 21-də Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Trend-in məlumatına görə, Fərmanda qeyd olunur ki, 2013-cü il yanvarın 21-də Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Saziş" təsdiq edilsin.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Çin Xalq Respublikası tərəfini xəbərdar etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti