...

Qazaxıstanda ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş sərgi təşkil olunub

Siyasət Materials 4 May 2013 14:10 (UTC +04:00)
Bu il mayın 3-də Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyi və Qazaxıstan Respublikasının Birinci Prezidentinin Muzeyi tərəfindən ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş sərgi təşkil olunub.
Qazaxıstanda ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş sərgi təşkil olunub

Azərbaycan, Bakı, 4 may /Trend/

Bu il mayın 3-də Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyi və Qazaxıstan Respublikasının Birinci Prezidentinin Muzeyi tərəfindən ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş sərgi təşkil olunub.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən Trend-ə daxil olan məlumata görə, sərginin açılışından əvvəl giriş sözü ilə səfir Zakir Həşimov və muzeyin direktoru Alma xanım Sağınğalı çıxış ediblər. Sərgidən əvvəl və sərginin keçirildiyi zaman zalın girişində qoyulmuş monitorda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında sənədli film nümayiş edilib. Sərgidə Qazaxıstan Respublikasının hökumət, parlament və ictimai-siyasi təşkilatlarının üzvləri, diplomatik korpusun nümayəndələri, Azərbaycan icmasının fəalları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Sərgi yerli kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Səfir Zakir Həşimov mövzu ilə bağlı Qazaxıstanın televiziya və mətbuat əməkdaşlarına müsahibə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti