...

Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqton meriyasinin mədəni proqramında iştirak edib (FOTO)

Siyasət Materials 6 May 2013 06:47 (UTC +04:00)
ABŞ-ın paytaxtı Vaşinqtonda şəhər meriyası tərəfindən may ayının 4-də “Dünya boyu Səfirliklər Turu” adlı mədəni tədbir təşkil olunub.
Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqton meriyasinin mədəni proqramında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

ABŞ-ın paytaxtı Vaşinqtonda şəhər meriyası tərəfindən may ayının 4-də "Dünya boyu Səfirliklər Turu" adlı mədəni tədbir təşkil olunub. Azərbaycanın ABŞ-dakı Səfirliyi altı ildən bəri həyata keçirilən və artıq ənənəvi xarakter qazanmış bu mədəni təşəbbüsdə ilk dəfə olaraq iştirak edərək, həmin gün qapılarını paytaxt sakinləri və Vaşinqtonun çoxsaylı qonaqlarının üzünə açıb. Bu barədə Trend-ə bazar ertəsi səfirlikdən bildirilib.

2013-cü ildəki tədbirə qatılmış 70 Səfirlikdən biri olaraq Azərbaycan Səfirliyinin əməkdaşları gün ərzində çoxsaylı qonaqları qarşılayaraq, onlara Səfirliyin inzibati binasında sərgilənən əyani vəsaitlər, xüsusilə Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri, xəritə, kitab və müxtəlif nəşrlərin nümayişi ilə ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, qədim adət-ənənəsi, füsunkar təbiəti və qonaqpərvər insanları haqqında məlumatlandırmış və onların suallarını cavablandırmışlar.

Ziyarətçilərə həmçinin Azərbaycan mətbəxinin şah əsəri olan plov süfrəsi açılmışdır.

"Dünya boyu Səfirliklər Turu"nda birinci iştirakında Azərbaycan səfirliyinə1000-dən artıq ziyarətçi baş çəkmiş və Azərbaycanın Vaşinqtonda kiçik bir parçası olan bu məkandan növbəti ildə yenidən qayıtmaq vədi ilə ayrılmışlar.

Xəbər lenti

Xəbər lenti