Azərbaycan, Bakı, 13 may /Trend, müxbir T.Cəfərov/
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanında keçirilən konfransında iştirak edən İranın xarici işlər naziri Əli Əkbər Salehi misirli həmkarı Məhəmməd Kamil Əmrlə görüşüb. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, regionda baş verən hadisələr, eləcə də Suriyada mövcud problemlərin həlli yollarını müzakirə ediblər.
Qeyd edək ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi ötən gün Səudiyyə Ərəbistanına səfər edib. O, İslam Əməkdşalıq Təşkilatının Afrika ölkəsi Malidəki böhranlı vəziyyətin araşdırılması üzrə keçirilən iclasında iştirak edir.