Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Parlamentinin keçmiş spikeri Yaqub Məmmədov müxalifətin qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirak edəcəyinə inanmır.
"Bütün müxalifətin və özünü müxalifət adlandıranların vahid namizədinin olacağına inanmıram. Sadəcə müəyyən müxalif kəsimin vahid namizədi ola bilər", bunu Trend-ə açıqlamasında Məmmədov deyib.
Onun fikrincə, müəyyən üç partiya, dörd partiya, müəyyən QHT-lər kimisə vahid namizəd kimi müəyyən edə bilərlər.
"Elə hər seçki ərəfəsi bu söhbətlər gedir, ancaq ortalığa bir şey qoya bilmirlər", - Məmmədov vurğulayıb.
Məmmədov qarşıdan gələn prezident seçkilərində namizəd kimi iştirak etməyəcəyini də deyib.
"Seçkilərdə bir vətəndaş kimi iştirak edəcəyəm, ancaq namizədliyimi irəli sürməyəcəyəm", - o bildirib.