...

Elnur Aslanov: Azərbaycanla Rusiya arasında neft nəqli məsələsində hələ son nöqtə qoyulmayıb

Siyasət Materials 17 May 2013 11:40 (UTC +04:00)
Azərbaycanla Rusiya arasında neft nəqli məsələsində hələ son nöqtə qoyulmayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
Elnur Aslanov: Azərbaycanla Rusiya arasında neft nəqli məsələsində hələ son nöqtə qoyulmayıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanla Rusiya arasında neft nəqli məsələsində hələ son nöqtə qoyulmayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Aslanovun fikrincə, bu məsələdə vəziyyəti dramatikləşdirməyə dəyməz. Çünki hələ son qərar verilməyib:

"Azərbaycanın mətbu orqanları bu məsələni bir az dramatikləşdirirlər. İstənilən dövlət özünün iqtisadi rentabelliyi nöqtəyi-nəzərindən çıxış edir. Bu məsələ ilə bağlı öncədən də danışıqlar aparılmışdı, fikirlər bildirilmişdi. İlin axırınadək neftin nəqli davam edəcək. Çünki tərəflər bir-birini 6 ay öncədən xəbərdar edirlər. Bu danışıqların nəticəsi olaraq son fikri deməyə, istər bizim, istərsə də Rusiya tərəfinin təbii ki, imkanı olacaq. Vəziyyətin öncədən gərginləşməsinə səbəb olacaq fikir söyləmək düzgün deyil. Yəni bu məsələdə hələ ki, nöqtə qoyulmayıb".

Qeyd edək ki, Rusiya hökuməti Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən nəql olunmasına dair 18 yanvar 1996-cı ildə imzalanmış müqaviləni ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti