...

Milli Məclisin növbəti iclası başlayıb

Siyasət Materials 24 May 2013 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may / Trend, müxbir M.Əliyev/

Cümə günü Milli Məclisin növbəti iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclasın gündəliyinə 9 məsələ daxil edilib ki, onların çoxu Azərbaycan hökumətinin imzaladığı beynəlxalq sənədlərin ratifikasiyasıdır.

Belə ki, iclasda Azərbaycan və Monteneqro arasında imzalanmış bir sıra sənədlər - dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə, iki ölkə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması ilə bağlı Konvensiya və onun tərkib hissəsi hesab edilən Protokol, beynəlxalq kombinə edilmiş daşımalarla bağlı sazişin təsdiq ediləcəyi gözlənilir.

Həmçinin iclasda Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsinin təsdiq edilməsi və "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında" müqavilənin təsdiq edilməsi müzakirəyə çıxarılacaq.

İclasda, həmçinin "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Əmək pensiyaları haqqında" qanunlara dəyişikliklər, həmçinin Miqrasiya Məcəlləsinin layihəsinin ikinci oxunuşda müzakirəsi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti