Gürcüstan, Tbilisi, 26 may /Trend, müxbir N.Kirsxaliya/
Kutaisi Apelyasiya Məhkəməsi Gürcüstanın sabiq Baş naziri, Vahid Milli Hərəkatın (VMH) baş katibi Vano Merabişvilini həbsdə saxlayıb.
Trend-in məlumatına görə, Gürcüstan Ali Məhkəməsi Apelyasiya Məhkəməsinin Merabişvilinin vəkillərinin apelyasiya şikayətinə baxdığını və şəhər məhkəməsinin qərarını qüvvədə saxladığını bildirib.
Vəkillər Kutaisi şəhər məhkəməsinin Merabişvili barəsində iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarının ləğv edilməsini tələb ediblər.
Qeyd edək ki, sabiq Baş nazir VMH-nin fəaliyyətinin gizli maliyyələşdirilməsi məqsədilə işədüzəltmə proqramı çərçivəsində korrupsiya sxemi yaratmaqda günahlandırılır.