...

Fransua Olland: Cənubi Qafqazda sülh əldə olunması üçün Fransa öz fəal öhdəliyini davam etdirəcək

Siyasət Materials 30 May 2013 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend/

Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, tərəqqi və uğurlar arzulamaqdan məmnunam.

Bu gün Azərbaycan siyasət, iqtisadiyyat, mədəniyyət və idman sahələrində beynəlxalq aləmdə mühüm bir iştirakçıya çevrilmişdir.

Arzu edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə tanınması gələcəkdə də davam etsin və ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri daha da möhkəmlənsin.

Əmin ola bilərsiniz ki, Cənubi Qafqazda sülh əldə olunması üçün Fransa öz fəal öhdəliyini davam etdirəcəkdir.

Cənab Prezident, Sizə çox yüksək hörmət və ehtiramım olduğuna əmin ola bilərsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti