Azərbaycan, Bakı, 30 may /Trend/
Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində bir maşının naməlum şəxslər tərəfindən atəşə tutulmasından sonra cavab atəşi açıblar. Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Suriya ərazisindəki 3-5 nəfər Hatay vilayətində Türkiyə-Suriya sərhədlərində keşik çəkən patrul maşınını atəşə tutublar.
Məlumatlara görə, atışma zamanı xəsarət alan olmayıb.