...

Əli Əliyev: Milli Şurada beynəlxalq müdaxilə açıq hiss olunur

Siyasət Materials 3 İyun 2013 17:11 (UTC +04:00)
Hiss olunur ki, Milli Şuranın daxilində ciddi problemlər var. Bunu bazar ertəsi Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
Əli Əliyev: Milli Şurada beynəlxalq müdaxilə açıq hiss olunur

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir E.Mehdiyev/

Hiss olunur ki, Milli Şuranın daxilində ciddi problemlər var. Bunu bazar ertəsi Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Əliyevin sözlərinə görə, tezliklə yenidən toplanıb qurumun təsisatı barədə bəyanat verdilər: "Ancaq bəyanatın üstündən neçə gün keçib, hələ də tərkibi, məqsədləri, hədəfləri barədə heç bir söz danışılmır. Hiss olunur ki, ciddi problemlər var. Məqsədi, məramı elan olunmamış, siyasi prioritetləri bilinməyən bir təşkilat üzə çıxandan sonra onun haqqında dəqiq rəy bildirmək olar".

Digər nisbətən kiçik siyasi partiyaların Milli Şurada AXCP və Müsavat ilə eyni statusa malik olması ilə bağlı yaranan problemlərə münasibət bildirən Əliyev qeyd edib ki, əslində Milli Şura İctimai Palatanın yeni formada təzahürü layihəsidir: "Bircə fərq ondadır ki, Milli Şurada beynəlxalq müdaxilə açıq hiss olunmaqdadır. Rusiya Avrasiya İttifaqını formalaşdırmaq istiqamətində Azərbaycana təhdid vasitəsi formalaşdırır və bu da onun ölkədaxili siyasi qanadıdır. Bu siyasi qanad gələcəkdə seçki dövründə hansısa tapşırıqları yerinə yetirməlidir. Təbii ki, Milli Şuradakı bütün qüvvələri Rusiyapərəst qüvvələr elan etmək düzgün olmazdı. Orada aşağı qatda olan insanlar bəlkə də bu gün fərqində deyil ki, Milli Şura lahiyəsi nədən ibarətdir".

VİP sədrinin sözlərinə görə, bir çox hallarda qurumun siyasi hədəfləri, siyasi müttəfiqləri, məqsədləri ancaq dar çərçivəli insanlar arasında bilinir: "Bu, yüzdə yüz Kremlin layihəsidir. Müəllifi Rüstəm İbrahimbəyovdur ki, o da bu gün Kremlin yerləşdiyi Moskva şəhərindədir. Rusiya hökumətinin göstərişi ilə Rusiya televiziya kanallarına çağırılır, bir neçə gün əvvəl Rusiya televiziya kanallarının birində yenə çıxış edib. Düzdür, donuz əti yeməsindən danışırdı, ancaq televiziyaya çıxması, geniş auditoriyada təbliğ olunması Rusiyanın ona açıq dəstəyini göstərir. Rüstəm İbrahimbəyovun özünün ifadəsidir ki, o bu il Azərbaycanda keçiriləcək prezident seçkilərinə təsir etmək üçün yaradılmış "Milyaderlər İttifaqı"nın Azərbaycan üzrə koordinatoru vəzifəsini daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti