...

ABŞ İran və "Hizbullah"dan öz döyüşçülərini Suriyadan dərhal çıxartmağı tələb edir

Siyasət Materials 6 İyun 2013 05:53 (UTC +04:00)
Ağ Ev bəyan edir ki, Livanın "Hizbullah" təşkilatı və İran öz silahlı tərəfdaşlarını Suriyadan dərhal çıxartmalıdır. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
ABŞ İran və "Hizbullah"dan öz döyüşçülərini Suriyadan dərhal çıxartmağı tələb edir

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Ağ Ev bəyan edir ki, Livanın "Hizbullah" təşkilatı və İran öz silahlı tərəfdaşlarını Suriyadan dərhal çıxartmalıdır. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

ABŞ administrasiyasının mətbuat xidmətinin məlumatında deyilir: "Şübhəsiz ki, rejim öz gücü ilə müxalifətin nəzarəti altında olan əl-Küseyr şəhərini ələ keçirə bilməzdi. Bu, İran və "Hizbullah"dan asılıdır... Biz Livan rəhbərliyinin Suriya münaqişəsinə qarışmamaq barədə bu yaxınlarda verdiyi bəyanatı dəstəkləyirik. "Hizbullah" və İran öz döyüşçülərini Suriyadan dərhal çıxartmalıdır".

Məlumata görə, Suriya üsyançıları silahlı müxalifətin Livanla sərhəddə əsas istinadgahı olan əl-Küseyr şəhəri uğrunda döyüşlərdə məğlubiyyəti qəbul ediblər.

Vaşinqton münaqişə tərəflərini dərmanların çatdırılması və yaralıların təxliyyə edilməsi üçün humanitar təşkilatların şəhərə daxil olmasını təmin etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti