...

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda səfərdədirlər

Siyasət Materials 11 İyun 2013 10:43 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex Azərbaycanda səfərdədirlər.
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda səfərdədirlər

Azərbaycan, Bakı, 11 iyun / Trend, müxbir S.Əhmədova /

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex Azərbaycanda səfərdədirlər.

AŞPA-nın Bakı ofisi bu məlumatı Trend-ə təsdiqləyib.

Səfər çərçivəsində həmməruzəçilər Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmilərlə görüşəcəklər.

Trend-in məlumatına görə, səfər iyunun 14-nə kimi davam edəcək.

Məlumatda bildirilir ki, Pedro Aqramunt və Cozef Debono Qrex səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti