...

Azərbaycanla BMT arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub

Siyasət Materials 18 İyun 2013 18:07 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidenti Vuk Yeremiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanla BMT arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidenti Vuk Yeremiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub və əldə edilmiş uğurlardan məmnunluq ifadə edilib.

BMT Baş Assambleyasının prezidenti Vuk Yeremiç Azərbaycanın BMT TŞ-də rolunu yüksək qiymətləndirib və ölkəmizin bu istiqamətdə fəaliyyətini alqışladığını diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sülh prosesinin cari vəziyyəti haqqında məlumat verib və ölkəmizin bu məsələdə mövqeyini rəsmi qonağın diqqətinə çatdırıb. Nazir nizamlanma prosesində Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu qeyd edib və sülh prosesinin irəliləməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti