...

Milli Məclis Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının yaranmasını təsdiqləyib

Siyasət Materials 21 İyun 2013 13:49 (UTC +04:00)
Milli Məclisin cümə günü keçirilən növbədənkənar iclasında “Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında” əsasnaməni təsdiq edib.
Milli Məclis Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının yaranmasını təsdiqləyib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclisin cümə günü keçirilən növbədənkənar iclasında "Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında" əsasnamə təsdiq edilib.

Trend-in məlumatına görə, sənədi təqdim edən Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, əsasnamə 15 may 2013-cü ildə imzalanıb. Sənədə əsasən, komissiya iki dövlət sərhədi haqqında 2010-cu il 3 sentyabr tarixli müqavilə üzrə dövlət sərhədinin demarkasiyasını həyata keçirmək məqsədi ilə yaradılıb.

Komissiya aerofotoçəkiliş, geodeziya və kartoqrafiya işlərinin təşkilini və onların həyata keçirilməsinə nəzarəti, Müqavilədə qeyd edilmiş başlanğıc nöqtəsindən son nöqtəsinədək Azərbaycanla Rusiya arasında demarkasiya işlərinin həyata keçirilməsi ilə bağlı digər işlərin yerinə yetirilməsini təşkil edir.

Əsasnamə Azərbaycan və Rusiya arasında sərhəd nişanları və yeri müəyyən edir, Azərbaycan coğrafi adlarının rus dilində, rus coğrafi adlarının Azərbaycan dilində səsləndirilməsi qaydalarını müəyyən edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti