...

Türk diasporlarının rəhbərləri Bakıda türkdilli ölkələrin prezidentlərinə müraciət qəbul ediblər

Siyasət Materials 21 İyun 2013 16:13 (UTC +04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayevə və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə müraciət ünvanlanıb.
Türk diasporlarının rəhbərləri Bakıda türkdilli ölkələrin prezidentlərinə müraciət qəbul ediblər

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İzzət/

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayevə və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə müraciət ünvanlanıb.

Trend-in məlumatına görə, sənəddə qeyd edilir ki, Forum iştirakçıları müzakirələr zamanı bir daha əmin olublar ki, beynəlxalq aləmdə türk xalqlarının ortaq dəyərlərinin mühafizəsi və təbliği, dünyanın müxtəlif ölkələrindəki türkdilli xalqların yaşadıqları cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının təmin olunması kimi məsələlər birgə fəaliyyətin prioritet istiqamətlərini təşkil edir:

"Qloballaşmanın geniş vüsət aldığı bir dövrdə türk dövlətlərinin üzləşdiyi problemlər, bir sıra taleyüklü məsələlərin həlli, onlarla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq hüquq və normalara uyğun olaraq, ədalətin, sülhün və təhlükəsizliyin bərqərar olması qarşımızda duran mühüm vəzifələrdəndir. Bizim birgə fəaliyyət göstərməyimiz yalnız siyasi maraqlarımızın təmin olunması məqsədilə deyil, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması, həmçinin bütünlüklə bəşəriyyəti narahat edən mənfi meyillərə qarşı mübarizənin gücləndirilməsidir. Biz tarix boyu davam etdirilən ənənəvi dostluq və qardaşlıq münasibətlərinin müştərək dəyərlər, hərtərəfli əməkdaşlıq, türkdilli ölkələrin maraqlarına qarşılıqlı hörmət əsasında daha da gücləndirilməsi üçün bütün səy və bacarığımızı əsirgəməyəcəyik".

Forum iştirakçıları dövlət başçılarına müraciət edərək qeyd ediblər:

"Möhtərəm Prezidentlər! Biz - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərləri sizi əmin edirik ki, türkdilli xalqların vahid birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində üzərimizə düşən vəzifələrin böyük məsuliyyət və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün var gücümüzü əsirgəməyəcəyik və bu istiqamətdə səylərimizi daha sıx birləşdirəcəyik.

Türkdilli ölkələrin dövlət başçılarının davamlı dəstəyi, xüsusi diqqət və qayğısı bu şərəfli missiyanı yerinə yetirməkdə bizlərə stimul verir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərləri sizə - türkdilli ölkələrin dövlət başçılarına müraciət edərək, türk dünyasının ümumi mənafeləri naminə fəaliyyətinizi dəstəklədiklərini bəyan edirlər. İnanırıq ki, dövlətlərimiz arasında dostluq və qardaşlıq münaisbətlərinin davam etdirilməsi türkdilli xalqların rifahı və ortaq maraqlarımızın təmin olunmasına öz töhfəsini verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti