...

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Siyasət Materials 22 İyun 2013 15:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun milli bayramı münasibətilə Böyük Hersoq Əlahəzrət Anriyə təbrik məktubu göndərib.
İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun milli bayramı münasibətilə Böyük Hersoq Əlahəzrət Anriyə təbrik məktubu göndərib.

Məktubda deyilir:"Lüksemburqun milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Lüksemburq dövlətlərarası münasibətlərinin inkişafı dostluq əlaqələrimizin daha da möhkəmlənməsi və əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açacaqdır".

Təbrik məktubunda daha sonra bildirilir ki, "bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Lüksemburq xalqına daim sülh və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti