Azərbaycan, Bakı, 26 iyun /Trend/
Misir Prezident Məhəmməd Mursi ölkədəki 30 iyun nümayişləri öncəsi xalqa xitab edib.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı qeyd edib ki, ölkədə köklü dəyişikliklərə ehtiyac var: "Böyük yola çıxdıq, amma qarşımızda bəzi çətinliklər var. İstədiyimiz şey yalnız siyasi yolla həyata keçə bilər".
M.Mursi bildirib ki, Misirdə idarəetmə demokratik şəkildə həyata keçirilməlidir: "Ziddiyyətli məqamlardan dolayı ildə təqribən 15 milyard dollarlıq zərərimiz olur".