...

Elmar Məmmədyarov Vyetnam Milli Assambleyasının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)

Siyasət Materials 27 İyun 2013 18:49 (UTC +04:00)
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Milli Assambleyasının vitse-prezidenti Uonq Çu Luunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Vyetnam Milli Assambleyasının vitse-prezidentinin  başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Milli Assambleyasının vitse-prezidenti Uonq Çu Luunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov iki ölkə arasındakı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, iqtisadi sahədə əlaqələrin inkişafının və parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb. Nazir Azərbaycanla Vyetnam arasında iqtisadi əlaqələrin potensialının yüksək olduğunu qeyd edib.

Enerji sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyən Elmar Məmmədyarov, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Petro Vietnam" şirkəti arasında yaradılmış uğurlu əməkdaşlığın daha da inkişaf etdirlməsində maraqlı olduqlarını bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi barədə qonağa ətraflı məlumat verən nazir Elmar Məmmədyarov, BMT TŞ-nın Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd məlum qətnamənin Ermənistan tərəfindən indiyə qədər yerinə yetirilmədiyini təəssüflə qeyd edib.

Öz növbəsində, qonaq nümayəndə heyəti adından nazir Elmar Məmmədyarova göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Azərbaycanda səfərdə olmasından məmnunluğunu ifadə edən Vyetnam rəsmisi, ölkəmizdə sürətlə gedən inkişaf prosesindən təəssüratlandığını bildirib.

Azərbaycanla Vyetnam arasında dərin və isti əlaqələrin mövcudluğundan danışan Uonq Çu Luu, peşəkar kadrların hazırlanmasında göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə öz minnətdarlığını bildirib və Azərbaycanın hazırladığı mütəxəssislərin hazırda Vyetnamda yüksək vəzifələrdə təmsil olunduqlarını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti