...

Azərbaycanın Rumıniyaya yeni səfiri təyin edildi

Siyasət Materials 27 İyun 2013 19:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Fərid Şamil oğlu Abdinbəyova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycanın Rumıniyaya yeni səfiri təyin edildi

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Fərid Şamil oğlu Abdinbəyova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Fərid Şamil oğlu Abdinbəyova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyevin digər Sərəncamı ilə Abdinbəyov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti