İlham Əliyev ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müşavirini qəbul edib

Azərbaycan, Bakı, 1 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müşaviri xanım Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı missiyanın tərkibində iştirakının önəmi qeyd olundu, bu sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.