Azərbaycan, Bakı, 3 iyul /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mario Baldinini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı İtaliyanın Azərbaycandakı səfiri Mario Baldiniyə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.
Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı və bu əlaqələrin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu.
Prezident İlham Əliyev İtaliyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib