...

Azərbaycanlı diplomatlar Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər

Siyasət Materials 9 İyul 2013 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Çərşənbə axşamı Azərbaycan diplomatik orqanları əməkdaşlarının peşə bayramı münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq etdiyi XİN-in nümayəndə heyəti Fəxri Xiyabanını ziyarət edib. Burada onlar xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Bundan əlavə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə güllər düzüblər.

Azərbaycan diplomatik orqanları əməkdaşlarının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixində imzaladığı sərəncamla təsis olunub.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti