...

İran BƏƏ-dən vətəndaşlarının deportasiya edilməsindən narahatdır

Siyasət Materials 12 İyul 2013 15:26 (UTC +04:00)
İranın xarici işlər naziri Əli Əkbər Salehi Birləşmiş Ərəb Əmirliklərindən bir sıra İran vətəndaşlarının deportasiya edilməsi ilə bağlı narahatlığını bildirib.
İran BƏƏ-dən vətəndaşlarının deportasiya edilməsindən narahatdır

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.Tariverdiyeva/

İranın xarici işlər naziri Əli Əkbər Salehi Birləşmiş Ərəb Əmirliklərindən bir sıra İran vətəndaşlarının deportasiya edilməsi ilə bağlı narahatlığını bildirib. Bu barədə Trend cümə günü "Fars" agentliyinə istinadən məlumat verir.

Salehi ərəb həmkarı Şeyx Abdullah bin Zaid Əl Nəhyan ilə telefon danışığı zamanı bununla bağlı narahat olduğunu deyib.

Qeyd edək ki, bəzi xarici ölkə vətəndaşları Daxili İşlər Nazirliyinin müvafiq qərarı ilə BƏƏ-dən deportasiya edilib. Son bir neçə həftə ərzində isə BƏƏ-dən 500 iranlı deportasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti