...

Əli Əhmədov: Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin kökündə insanların rifah halının yüksəlməsi dayanır

Siyasət Materials 12 İyul 2013 16:09 (UTC +04:00)
Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin kökündə insanların rahat yaşaması, rifah halının yüksəlməsi dayanır. Trend Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov partiyanın Göyçay rayon təşkilatının fəalları ilə görüşündə deyib.
Əli Əhmədov: Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin kökündə insanların rifah halının yüksəlməsi dayanır

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin kökündə insanların rahat yaşaması, rifah halının yüksəlməsi dayanır. Trend Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov partiyanın Göyçay rayon təşkilatının fəalları ilə görüşündə deyib.

Əhmədov qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə, dünya birliyində mövqeyi möhkəmlənib: "Həyatımızda baş verən ciddi dəyişikliklər ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla icra olunmasının nəticəsidir. Əldə olunan uğurların əsas qayəsi ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıqdır".

o bildirib ki, YAP-ın namizədi Prezident İlham Əliyevin 10 il ölkəmizə rəhbərlik etdiyi zaman kəsiyində 1 milyon 200 min yeni iş yeri açılıb, yoxsulluq həddi 50 faizdən 6 faizə enib, həyatımızın bütün sferalarında dinamik inkişaf qeydə alınıb.

YAP sədrinin müavini qeyd edib ki, bu gün sözün həqiqi mənasında Azərbaycanda yaşamaq mənalı və rahatdır.

Əhmədov vurğulayıb ki, bu şərait insanlarımızı sövq edir ki, növbəti 5 ildə də prezident kürsüsündə İlham Əliyevi görsünlər: "Biz əminik ki, göyçaylılar hər zaman olduğu kimi, budəfəki seçkidə də Heydər Əliyevin siyasi xəttini müdafiə edərək cənab İlham Əliyevə səs verəcəklər".

Əli Əhmədov çıxışında, həmçinin YAP-ın rayon fəallarına tövsiyələrini verərək qarşıda duran vəzifələrdən bəhs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti