Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Misirin müvəqqəti vitse-prezidenti Məhəmməd əl-Baradeyi ilə görüşdən imtina edib. Bu barədə Trend Türkiyənin "Axşam" qəzetinə istinadən məlumat verir.
Əl-Baradeyi Ərdoğandan onu qəbul etməyi xahiş edib, lakin Türkiyənin Baş naziri qeyri-legitim vitse-prezidenti qəbul edə bilməyəcəyəni deyib.
Ərdoğan qeyd edib: "Əl-Baradeyi mənimlə görüşməklə özünə legitimlik qazanmaq istəyir".