...

Misir hökuməti: "Türkiyəyə açıqlama verməliyik"

Siyasət Materials 21 İyul 2013 06:39 (UTC +04:00)
Misirdə ordunun Mursi hökumətini devirməsindən sonra hakimiyyətə gələn müvəqqəti hökumətin Baş naziri Hazim əl-Bəblavi Türkiyəyə açıqlama verməli olduqlarını bildirib.
Misir hökuməti: "Türkiyəyə açıqlama verməliyik"

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Misirdə ordunun Mursi hökumətini devirməsindən sonra hakimiyyətə gələn müvəqqəti hökumətin Baş naziri Hazim əl-Bəblavi Türkiyəyə açıqlama verməli olduqlarını bildirib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Əl-Bəblavi deyib ki, Türkiyə ilə lüzumsuz gərginliyə gərək yoxdur: "Misirdəki hadisələrlə əlaqədar Türkiyəyə açıqlama vermək lazımdır. Türkiyəyə önəm veririk. Türkiyə önəmli bir ölkədir".

Misir xalqını birliyə çağıran Baş nazir qeyd edib: "Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Misirdəki vəziyyətlə əlaqədar yetərli məlumata malik deyil. Bəzi məsələlərdə bizimlə eyni düşünmür. Bundan dolayı lüzumsuz gərginliyə şərait yaratmamaq üçün ona Misirdəki hadisələrlə əlaqədar açıqlama verməyimiz lazmdır".

Xəbər lenti

Xəbər lenti