Qazaxıstan, Astana, 23 iyul /Trend, müxbir D.Muxtarov/
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin avqustun ikinci yarısında Azərbaycana səfər edəcəyi gözlənilir. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov deyib.
Onun sözlərinə görə, Nazarbayev türkdilli ölkələrin növbəti sammitində iştirak edəcək.
Həşimov bildirib ki, sammit çərçivəsində Nazarbayevin Azərbaycan rəhbərliyi ilə görüşlər keçirməsi gözlənilir: "Görüşlərdə ikitərəfli əməkdaşlığın gələcəkdə genişləndirilməsi məsələləri müzakirə ediləcək".
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III sammiti avqustun ortalarında Bakıda keçiriləcək.