...

Türkiyə və İranın XİN rəhbərləri Livanda “THY” pilotlarının oğurlanmasını müzakirə ediblər

Siyasət Materials 13 Avqust 2013 16:49 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu öz iranlı həmkarı Əli Əkbər Salehi ilə telefon danışığı aparıb.
Türkiyə və İranın XİN rəhbərləri Livanda “THY” pilotlarının oğurlanmasını müzakirə ediblər

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu öz iranlı həmkarı Əli Əkbər Salehi ilə telefon danışığı aparıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən bildirir.

Məlumatda bildirilir ki, telefon danışığı zamanı "Türk Hava Yolları" (THY) aviaşirkətinin pilotlarının oğurlanması məsələsi müzakirə olunub.

Bundan əlavə, Davudoğlu və Salehi o cümlədən Misir, Livan və Suriyadakı vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, "Türk Hava Yolları" aviaşirkətinin iki pilotu Livanın paytaxtı Beyrutda oğurlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti