...

Abdullah Gül: Türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi Asiya regionunun inkişafı yolunda əhəmiyyətli addımdır

Siyasət Materials 16 Avqust 2013 11:29 (UTC +04:00)
Türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi Asiya regionunun inkişafı yolunda əhəmiyyətli addımdır.
Abdullah Gül: Türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi Asiya regionunun inkişafı yolunda əhəmiyyətli addımdır

Azərbaycan, Qəbələ, 16 avqust /Trend, müxbir A.Bədəlova/

Türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi Asiya regionunun inkişafı yolunda əhəmiyyətli addımdır, Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Abdullah Gül Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib.

A.Gül bildirib ki, 2009-ci ildə imzalanan sazişlə Şura güclənib: "Təbii ki, Şuranın bütün orqanları əhəmiyyətli rol oynayır və hər gün güclənirlər. Türk dünyası bütün dünyada əhəmiyyətli yerə malikdir və bu ölkələr tarix və mədəniyyətlə birləşiblər. Bu, yalnız ümumi dil, tarix və mədəniyyət deyil, həm də bizim türk dünyasının gələcəyini gücləndirmək istəyimizdir".

Türkiyə Prezidenti bildirib ki, türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi Asiya regionunun inkişafı yolunda əhəmiyyətli addımdır.

A.Gül bildirib ki, türkdilli ölkələr dünya arenasında bir-birini dəstəkləyir və bir-birlərinin uğurlarına sevinirlər: "Bu gün biz bir-birimizi daha çox dəstəkləməli və səyləri birləşdirməliyik. Elə buna görə də Şura mövcuddur. Biz əməkdaşlığın möhkəmləndirilməsi üçün layihələri davam etdirmək niyyətindəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti