...

Türkiyə XİN Misirin qondarma “erməni soyqrımı”nı tanımaq niyyətində olması ilə bağlı məlumatı təkzib edib

Siyasət Materials 19 Avqust 2013 13:35 (UTC +04:00)
Misirn qondarma "erməni soyqrımı"nı tanımaq niyyətində olması ilə bağlı məlumat həqiqətəuyğun deyil.
Türkiyə XİN Misirin qondarma “erməni soyqrımı”nı tanımaq niyyətində olması ilə bağlı məlumatı təkzib edib

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir A. Tağıyeva/

Misirn qondarma "erməni soyqrımı"nı tanımaq niyyətində olması ilə bağlı məlumat həqiqətəuyğun deyil.

Bu barədə bazar ertəsi Trend-ə açıqlamasında Türkiyə Xarixi İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Levent Gömrükçü bildirib:

"Biz öz kanallarımız vasitəsilə öyrəndik ki, bu məlumat yanlışdır. Misir tərəfi bizə məlumat verdi ki, Misirin müvəqqəti prezidenti Ədli Mənsurun "Twitter" sosial şəbəkəsində heç akkauntu da yoxdur".

Xatırladaq ki, daha əvvəl Misirin müvəqqəti prezidenti Ədli Mənsurun adından "Twitter" sosial şəbəkəsində mikrobloqda qeyd edilib ki, Misirin yeni hökuməti qondarma "erməni soyqrımı"nı tanımaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti