...

Mübariz Əhmədoğlu: Serj Sərkisyan İlham Əliyevin nüfuzundan istifadə edərək prezident kürsüsündə mövqeyini möhkəmləndirir

Siyasət Materials 21 Avqust 2013 14:20 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sərkisyan təxminən bir ay gizləndikdən sonra tapıldı və “Baza”da gənclərlə keçirilən ənənəvi görüşdə sensasiyalı bəyanat verdi. Trend-in məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnoilogiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Serj Sərkisyan İlham Əliyevin nüfuzundan istifadə edərək prezident kürsüsündə mövqeyini möhkəmləndirir

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir E.Mehdiyev/

Ermənistan prezidenti Serj Sərkisyan təxminən bir ay gizləndikdən sonra tapıldı və "Baza"da gənclərlə keçirilən ənənəvi görüşdə sensasiyalı bəyanat verdi. Trend-in məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnoilogiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, bəyanatın bir neçə mühüm cəhəti var: "I."Baza" gənclər toplantısının əvvəlki tədbirində S.Sərkisyan erməni gənclərini Türkiyə ərazisi olan Araratı ələ keçirməyə təhrik edirdi. II. S.Sərkisyanda bir gün qabaq müdafiə naziri S.Ohanyan bu gənclərin qarşısında Dağlıq Qarabağ münaqişəsilə bağlı tam əks bəyanat vermişdi; III. Bu bəyanat ərəfəsində S.Sərkisyanın əslən qarabağlı olmamasına dəlalət edən məlumat yayıldı. Kasıb Ermənistanın Sünik vilayətinin Tex kəndinin 1 nömrəli məktəbinə 63 min dollar pul ayırmaqda məqsəd S.Sərkisyanın bu kənddə anadan olduğunu,bu məktəbdə oxuduğunu gündəliyə gətirmək idi; IV. S.Sərkisyan Ermənistan adından bəyan etdi ki, onun ölkəsi Yenilənmiş Madrid Prinsiplərini qəbul edir. O, son dörd ili göstərməklə söhbətin yalnız Yenilənmiş Madrid Prinsiplərindən getdiyini bildirdi; V. İran prezidenti H.Ruhani ilə görüşdən sonra S.Sərkisyanın sülhməramlı qüvvələrin İranla həmsərhəd ərazilərdə yerləşdirilməsinə açıq mətnlə razılıq verməsi Ermənistanın rəsmi Tehrana qarşı siyasətinin dəyişməsinin göstəricisidir. Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə İranın münasibəti bəllidir. 6 maddəli Yenilənmiş Madrid Prinsiplərinin birinci maddəsi yeddi rayonun Azərbaycana qaytarılmasından, altıncı maddəsi isə sülhməramlı qüvvələrin Dağlıq Qarabağ münaqişəsi regionunda yerləşdirilməsindən ibarətdir; VI. S.Sərkisyanın Yenilənmiş Madrid Prinsiplərinə razılıq verməsi yaxın zamanlarda ABŞ dövlət katibi C.Kerrinin himayəsilə Böyük Sülh Sazişinin imzalanması ehtimalını xeyli gücləndirir; VII. S.Sərkisyanın bu bəyanatı Türkiyə Prezidenti A.Gülün Azərbaycana səfərinin bir gün qabağa çəkilməsi və Qars-Gümrü dəmiryolunun Türkiyə hissəsinin təmir olunması təxminən eyni vaxta düşür; VIII. S.Sərkisyan qarşıdakı prezident seçkilərində İ.Əliyevin seçilməsini ölkəsinin marağına uyğun olduğunu bildirdi. İ.Əliyevin ünvanına hər cür kəskin ifadələr işlədən, Avropa ermənilərini "antidemokratik Azərbaycan" imicini yaratmağa çağıran S.Sərkisyanın Azərbaycanı demokratik hesab etməsi və İ.Əliyevin seçilməsində maraqlı olması barədə dedikləri erməni prezidentin "əyalətçi bicliyindən" xəbər verir. Ya da S.Sərkisyanı belə etiraflar etməyə ABŞ məcbur edib. S.Sərkisyanın bu bəyanatı bir neçə nüansı ön plana çıxarır".

Politoloq qeyd edib ki, birincisi, prezident seçkilərində iri dövlətlərin dəstəyinə ehtiyacı olmayan İlham Əliyev ermənilərin köməyinə qətiyyən möhtac deyil. Əksinə, Serj Sərkisyan İlham Əliyevin nüfuzundan istifadə edərək president kürsüsündə mövqeyini möhkəmləndirir.

Politoloq qeyd edib ki, S.Sərkisyanın ölkəsində və dünyada reytinqi xeyli aşağıdır, Ermənistan xaosun bir addımlığındadır: "İkincisi, S.Sərkisyan Azərbaycandakı seçkilərdən sonra "güllə yağışı altında rəqs edən adam" vəziyyətinə düşəcək və addımlarını xalqına izah edə bilməyəcək. Əlbəttə, simasında mənəvi keyfiyyətlərin tərənnümünü daşımayan S.Sərkisyan üçün belə vəziyyət təhlükəli deyil; üçüncüsü, S.Sərkisyan iddia etdiyi kimi, münaqişənin həqiqətən də Yenilənmiş Madrid Prinsipləri əsasında həllinə razıdırsa, ətraf yeddi rayonun Azərbaycana qaytarılmasına indidən başlamalıdır: yeddi rayondan erməni qoşunları çıxarılır, Azərbaycan bu ərazilərə qayıdır".

Əhmədoğlu əlavə edib ki, Ermənistan müdafiə naziri Seyran Ohanyanın verdiyi bəyanatlar özünün və qarşısındakı auditoriyanın əqli imkanları üçün nəzərdə tutulub və ölkə rəhbərliyinin erməni xalqına verdiyi dəyərin göstəricisidir: "Qızları, xəstə gəncləri hərbi xidmətə çağırmağa məcbur olan ölkənin müdafiə naziri xalqını aldatmaqda davam edir. Korluğu Q.İncuquliyanın nəticəsində azıb Azərbaycan tərəfə keçməsi və danışdıqları erməni ordusunun biabırçı vəziyyətinin nümayişidir. Ermənistan gəncləri qarşısında verdiyi izahlardan bəlli olur ki, erməni gəncləri savadsızdır və S.Ohanyan onların savadsızlığına bələddir. Xalqı ilə düşmən olan rəhbərlər belə davranış nümayiş etdirirlər. S.Ohanyanın savadı olsaydı, başa düşərdi ki, hərbi silahlar heç bir insani iradə tanımır. Əgər S.Ohanyanın savadı varsa, bu halda onun hansısa başqa bir dövlətin casusu olduğunu iddia etmək olar".

Əhmədoğlu vurğulayıb ki, Rusiyanın Azərbaycana satdığı silahlara Ermənsitanda verilən reaksiya sübut etdi ki, Dağlıq Qarabağı ermənilər almayıblar. Lakin S.Ohanyanın, eləcə də digər erməni rəhbərlərinin bunu etiraf etməyə cəsarətləri çatmır: "Rusiyanın "Smerç" sisteminin Çin mənşəli analoqu olan "AR1A" komplekslərinin alınması barədə informasiya axını erməni hərbçilərinin yalanının əyani nümunəsidir. Onlar bu informasiyanı elə təqdim edirlər ki, guya çox qısa müddət ərzində Ermənistan və Çin arasında müqavilə imzalanıb, pul köçürülüb, maşınlar Ermənistana gətirilib və Dağlıq Qarabağda yerləşdirilib. Bu sürətlə Çin "AR1A" komplekslərini heç Tayvan ərazisində də yerləşdirə bilməzdi. Digər misallar da erməni hərbçilərinin yalanlarının dərinliyini göstərir. Hal-hazırda Çin silahı olan "AR1A"-nın alınması barədə danışan ekspertlər son 3-4 ayda Ermənistanın guya Rusiyadan aldığı "İskəndər-M" və "Tornado" kompleksləri barədə səs-küy salmışdılar".

Politoloq deyib ki, əgər Ermənistan ordusunda Rusiya istehsalı "İskəndər-M" və "Tornado" varsa, onda onlar nəyə görə Çin "Smerç"lərinin silahlanmaya qəbul olunmasına sevinirlər və onu belə tələsik alırlar: "Çinin "AR1A" komplekslərinin alınması barədə bizə bəllidir: bu maşınların sayı təxminən 10 ədəddir və müqavilə XX əsrdə imzalansa da, XXI əsrdə bu alqı barədə üç dəfə informasiya həyəcanlanması olmuşdur. Ermənistan rəhbərliyinin belə siyasəti Azərbaycanı qane edir. Müəyyən dövrdən sonra bir dəstə erməni Dağlıq Qarabağı unudub, Zəngəzur və İrəvanın Azərbaycana keçməsinin beynəlxalq hüquqa zidd olması barədə bəyanatlar verəcəklər".

Politoloqun fikrincə, Ermənistan rəhbərliyinin idarəçiliyinin səviyyəsini görmək üçün bir neçə fakt yetərlidir: "Laçında Suriya ermənisi adına 21 min dollara boş qalan ev tikirlər, amma bu puldan 100 dollar hər ay Gümrüdəki erməni ailəsinə versəydilər, bu ailələr Rusiya və Türkiyəyə köç etməzdi. Təbii fəlakətin fermer təsərrüfatlarına vurduğu ziyanı aradan qaldırmaq üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımına möhtac olan Ermənistan Frankafoniya üçün 82 min 500 avro pul ayırır. Və ya Gürcüstanla sərhəddə gömrük məntəqəsinin bərpası üçün 15 milyon avro vəsait ayırır. Belə məntiqli yanaşmaya malik Ermənistan rəhbərliyi Azərbaycanın ən yaxşı müttəfiqidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti