Azərbaycan, Bakı, 27 avqust/ Trend, müxbir S.Əhmədova /
Belçika Azərbaycanla ikitərəfli münasibətlərin davam etdirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri xanım Karin Peçit nazir Elmar Məmmədyarovla görüşü zamanı bildirib.
Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, görüş zamanı nazir Elmar Məmmədyarov Karin Peçiti ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycanla Belçika arasındakı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Nazir Elmar Məmmədyarov yeni təyin olunmuş səfirin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.
Məlumatda deyilir ki, etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən Karin Peçit, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini diqqətə çatdırıb.