...

Lyublyana şəhərinin meri: Sloveniya Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Siyasət Materials 30 Avqust 2013 09:51 (UTC +04:00)
Sloveniya Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Lyublyana şəhərinin meri Zoran Yankoviç Elmar Məmmədyarovla görüşdə bildirib.
Lyublyana şəhərinin meri: Sloveniya Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Azərbaycan, Bakı, 30 avqust / Trend, müxbir S.Əhmədova /

Sloveniya Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Lyublyana şəhərinin meri Zoran Yankoviç Elmar Məmmədyarovla görüşdə bildirib.

Azərbaycan Xarici işlər nazirliyinin məlumatında bildirilir ki, E. Məmmədyarov Zoran Yankoviç başda olmaqla, Sloveniyanın müdafiə naziri Roman Jakiç və iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnikin daxil olduğu nümayəndə heyətini qəbul edib.

Nazir Elmar Məmmədyarov nümayəndə heyətini salamlayıb və Azərbaycan-Sloveniya ikitərəfli münasibətlərinin müxtəlif sahələr üzrə inkişafından məmnunluq bildirib. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir Elmar Məmmədyarov, həmçinin turizm, logistika, infrastruktur kimi sahələrdə iki ölkənin işgüzar dairələrinin əməkdaşlığı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Sloveniya nümayəndə heyətinin başçısı, Lyublyana şəhərinin meri Zoran Yankoviç ölkəmizə səfər etməkdən məmnunluq bildirib və ölkəmizdə müşahidə etdiyi dinamik inkişafdan təsirləndiyini qeyd edib.

Z. Yankoviç Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı qarşlıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti