...

Misirdə Konstitusiya Assambleyası çağırılır

Siyasət Materials 2 Sentyabr 2013 05:02 (UTC +04:00)
Misirdə islamçılar tərəfindən qəbul edilmiş konstitusiya normalarının ləğvi üçün Konstitusiya Assambleyası çağırılır.
Misirdə Konstitusiya Assambleyası çağırılır

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Misirdə islamçılar tərəfindən qəbul edilmiş konstitusiya normalarının ləğvi üçün Konstitusiya Assambleyası çağırılır.

Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, Misirin yeni hökumətinin çağırdığı Konstitusiya Assambleyası 60 gün ərzində islamçılar tərəfindən qəbul edilmiş konstitusiya normalarının ləğvi üçün konstitusiya dəyişikliyi hazırlamalıdır.

Konstitusiya dəyişikliyi yeni hökumətin təqdim etdiyi "yol xəritəsi"nin tərkib hissəsidir.

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Misirdə parlament və prezident seçkiləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti