...

İnternetdə Suriya rejimini kimyəvi silahdan istifadədə günahlandıran İranın eks-prezidentinin iştirakı ilə video yayılıb

Siyasət Materials 3 Sentyabr 2013 17:49 (UTC +04:00)
İnternetdə video-hostinqlərin birində Suriya hökumətini öz xalqına qarşı kimyəvi silahdan istifadədə günahlandıran İranın sabiq Prezidenti Haşimi Rəfsəncaninin iştirakı ilə video yayılıb.
İnternetdə Suriya rejimini kimyəvi silahdan istifadədə günahlandıran İranın eks-prezidentinin iştirakı ilə video yayılıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

İnternetdə video-hostinqlərin birində Suriya hökumətini öz xalqına qarşı kimyəvi silahdan istifadədə günahlandıran İranın sabiq Prezidenti Haşimi Rəfsəncaninin iştirakı ilə video yayılıb. Bu barədə Trend İranın "Bloghnews" informasiya portalına istinadən məlumat verir.

Bu video yayılmazdan əvvəl internetdə İranın Məşvərət Şurası rəhbərinin mövzu ilə bağlı eyni ifadələri yerləşdirilib. Lakin ölkənin Xarici İşlər Nazirliyi verdiyi bəyanatda Rəfsəncaninin sözlərinin təhrif edilyini diqqətə çatdırıb.

Video mobil telefonda lentə alındığına görə aşağı keyfiyyətlidir. Videoda Rəfsəncani kütlə qarşısında dayanaraq deyir: "Suriya xalqı öz dövləti tərəfindən kimyəvi hücuma məruz qalan tərəf olub və indi onlar ABŞ-ın hücumunu gözləməlidirlər".

Xəbərlər portalı iddia edir ki, xalq qarşısında Rəfsəncani çıxış edib, lakin lent yazısının keyfiyyəti bu bəyanatı təsdiq etməyə imkan vermir.

Rəfsəncaninin ofisi və internet saytı isə mövcud video ilə bağlı heç bir bəyanat verməyib.

"Reuters" agentliyi sentyabrın 1-də məlumat yaymışdı ki, Rəfsəncaninin sözləri redaktə edilib, onun çıxışının ikinci versiyası isə sonradan yayılıb.

İkinci versiyada deyilir: "Suriya xalqı kimyəvi silahın qurbanı oldu, indi isə o, xaricilərin zərbə endirməsini gözləməlidir".

Halbuki əvvəlcə bəyanatda deyilirdi ki, "xalq öz hökuməti tərəfindən kimyəvi hücumun qurbanı oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti