...

Kəmaləddin Heydərov Əfqanıstanın mədənlər və neft naziri ilə görüşüb

Siyasət Materials 4 Sentyabr 2013 19:43 (UTC +04:00)
Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının mədənlər və neft naziri Vahidullah Şəhraninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kəmaləddin Heydərov Əfqanıstanın mədənlər və neft naziri ilə görüşüb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının mədənlər və neft naziri Vahidullah Şəhraninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı nazir qonaqlara respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. Eyni zamanda, hər iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlıq əlaqələrininin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qonaq, öz növbəsində, ölkələr arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib və hər iki ölkənin müvafiq qurumları arasındakı mövcud əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti