...

Səfir: Türkiyə-Misir tərəfdaşlığı strateji xarakter daşıyır

Siyasət Materials 5 Sentyabr 2013 17:33 (UTC +04:00)
Misir regionda əhəmiyyətli rol oynayır və Türkiyə-Misir tərəfdaşlığı strateji xarakter daşıyır.
Səfir: Türkiyə-Misir tərəfdaşlığı strateji xarakter daşıyır

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Misir regionda əhəmiyyətli rol oynayır və Türkiyə-Misir tərəfdaşlığı strateji xarakter daşıyır. Trend-in cümə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Qahirədəki səfiri Hüseyn Avni Botsalı deyib.

Səfir qeyd edib ki, Misir bölünməzdir və Türkiyə Misirlə münasibətlərin inkişafını alqışlayır.

Qeyd edək ki, Türkiyə-Misir əlaqələrinin pisləşməsi səbəbindən daha əvvəl Ankaraya çağırılmış Botsalı dünən Misirə qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti