...

İlham Əliyev İordaniyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 6 Sentyabr 2013 16:46 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Adailehi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
İlham Əliyev İordaniyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Adailehi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə İordaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini vurğuladı. İordaniya Kralı II Abdullahla görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Adel Mohammad Adaileh ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini bildirən iordaniyalı diplomat ölkəmizdə çalışdığı dövrdə sürətli inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti