...

Azərbaycan xarici işlər nazirinin müavini Ermənistana səfər edəcək

Siyasət Materials 10 Sentyabr 2013 17:41 (UTC +04:00)
"Şərq tərəfdaşlığı" proqramı çərçivəsində İrəvanda keçiriləcək xarici işlər nazirlərinin 3-cü iclasında Azərbaycanı XİN rəhbərinin müavini Mahmud Məmməd-Quliyev və ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyin başçısı, səfir Fuad İsgəndərov təmsil edəcək.
Azərbaycan xarici işlər nazirinin müavini Ermənistana səfər edəcək

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir S.Əhmədova/

"Şərq tərəfdaşlığı" proqramı çərçivəsində sentyabrın 12-13-də İrəvanda keçiriləcək xarici işlər nazirlərinin 3-cü iclasında Azərbaycanı XİN rəhbərinin müavini Mahmud Məmməd-Quliyev və ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyin başçısı, səfir Fuad İsgəndərov təmsil edəcək.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə XİN-in mətbuat katibi Elman Abdullayev deyib.

O bildirib ki, Azərbaycanın bu tədbirdə iştirakı Aİ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir: "Azərbaycanla qurum arasında münasibətlər bir sıra istiqamətlər üzrə inkişaf edir və ölkəmizin bu tədbirdə iştirakı onun Avropa üçün önəmindən irəli gəlir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti