...

Putin: Suriyada kimyəvi silah üzərində nəzarət güc tətbiq edilməyəcəyi təqdirdə mümkündür

Siyasət Materials 11 Sentyabr 2013 00:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Suriyada kimyəvi silah üzərində nəzarət haqqında təşəbbüs yalnız o halda həyata keçə bilər ki, ABŞ və müttəfiqləri güc tətbiqindən imtina etsinlər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

RF dövlət başçısı bildirib: "Əlbəttə ki, bütün bunlar yalnız o halda kömək edə, həyata keçə bilər ki, Amerika tərəfi və bu məsələdə ABŞ-ı dəstəkləyənlər güc tətbiqindən imtina etsinlər".

V.Putin ümid etdiyini bildirib ki, bu, Suriya böhranının dinc yolla həlli istiqamətində yaxşı addım olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti