...

Suriya kimyəvi silahın qadağan olunması haqqında konvensiyaya qoşulmağa hazırdır

Siyasət Materials 10 Sentyabr 2013 22:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Suriya Rusiyanın təşəbbüsünü qəbul edir və kimyəvi silahdan tam imtina etməyə və həmin silahın qadağan olunması haqqında beynəlxalq konvensiyaya qoşulmağa hazırdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Suriyanın xarici işlər naziri Vəlid əl-Müəllim deyib.

Nazir "əl-Məyadin" telekanalına müsahibəsində bildirib: "Rusiyanın təşəbbüsünə uyğun olaraq, Suriya kimyəvi silahın tətbiqindən tam imtina edəcək".

Əl-Müəllimin sözlərinə görə, bundan başqa, Dəməşq öz ərazisində kimyəvi silah obyektlərinin yerini göstərməyə və onun istehsalını tam dayandırmağa razıdır:

"Biz kimyəvi silah istehsalı obyektlərini Rusiya, digər ölkələr və "BMT-nin nümayəndələrinə göstərməyə hazırıq".

Qeyd edək ki, bazar ertəsi Rusiya Suriyaya kimyəvi silahı beynəlxalq nəzarət altında verməyi təklif edib. Suriya hakimiyyəti bu təklifi dəstəkləyir, müxalifət isə bu təşəbbüsü qəbul etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti