Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Kimyəvi silahlar beynəlxalq nəzarət altına verildikdən sonra Suriyada problemlər aradan qalxmayacaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül deyib.
A.Gülün sözlərinə görə, Qərb, xüsusilə də ABŞ başa düşməlidir ki, kimyəvi silahların beynəlxalq nəzarət altına verilməsindən sonra Suriyada problemlər yekunlaşmayacaq: "Daha işlək yanaşma lazımdır".
Prezident qeyd edib ki, Suriya böhranı zamanı artıq 100 mindən artıq insan ölüb və qısa müddət ərzində buna son qoymaq lazımdır.