...

Prezidentin ehtiyat fondundan Masallı rayonuna 11 milyon manata yaxın vəsait ayrılıb

Siyasət Materials 11 Sentyabr 2013 19:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezidentin ehtiyat fondundan Masallı rayonuna 11 milyon manata yaxın vəsait ayrılıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Masallı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2 milyon manat, Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi üçün 2 milyon manat, Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının tikintisi üçün 2 milyon manat ayrılsın.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, qırx üç min nəfər əhalinin yaşadığı 31 yaşayış məntəqəsini birləşdirən Həsənli-Xırmandalı, Kürdəbazlı-Qarğalıq, Musaküçə-Lürən, Seybətin-İkinci Səmədxanlı-Alışanlı-Ətcələr, Qəriblər-Qodman və Sərçuvar-Sirəbil avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı Masallı Rayon İcra Hakimiyyətinə ayrılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğlərdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti