...

Fransa Parlamentinin üzvü: Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşıdır

Siyasət Materials 13 Sentyabr 2013 14:35 (UTC +04:00)
Müstəqilliyinə qovuşduğundan 20 ildən artıq bir dövrdə Azərabycan, xüsusilə də, iki məsələdə diqqətə layiq nəticələr əldə edib. Hər şeydən əvvəl, iqtisad inkişaf tempi ölkəni müasirləşdirməyə imkan verib və onun əhalisinin yaşayış standartlarının keyfiyyəti artıb.
Fransa Parlamentinin üzvü: Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşıdır

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Müstəqilliyinə qovuşduğundan 20 ildən artıq bir dövrdə Azərabycan, xüsusilə iki məsələdə diqqətəlayiq nəticələr əldə edib. Hər şeydən əvvəl, iqtisad inkişaf tempi ölkəni müasirləşdirməyə imkan verib və onun əhalisinin yaşayış standartlarının keyfiyyəti artıb.

Trend-in məlumatına görə, bu barədə Fransa Senatının, parlamentin Enerji Tədqiqat Qrupu və Fransa-Qafqaz Dostluq qrupunun üzvü Jan Mari Bokel Cənubi Qafqaz regionunda Azərbaycanın geostrateji əhəmiyyətinə dair Avropa Azərbaycan Cəmyyətinə (AAC) müsahibəsində deyib.

Jan Mari Bokel qeyd edib ki, 2005-2007-ci illər arasında dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı kimi, iqtisadi artım 25-35 faiz təşkil edib: "1990-cı illərin sonunda yoxsulluq həddi 45 faiz təşkil etdiyi halda, 2011-ci ildə bu rəqəm 7,6 faiz olub. Neft-qaz sektorunun, aqrar və tikinti sənayesi kimi qeyri-enerji sektorunun inkişafı ilə Azərbaycan fransalı sərmayəçilərinin diqqətini cəlb edib. Bundan əlavə, Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşına çevrilib. Eləcə də, Fransa Böyük Britaniyadan sonra Azərbaycana birbaşa sərmayə qoyan ikinci böyük xarici sərmayədardır".

Fransa Parlamentinin üzvünün sözlərinə görə, ikinci bir tərəfdən, Azərbaycan regional təhlükəsizlik üçün də əhəmiyyətlidir: "Qonşu Rusiya və İrandan tam müstəqil şəkildə həyata keçirdiyi öz cürətli xarici siyasəti ilə Azərbaycan Qərbə tamamilə açıq olub və Avropa İttifaqının enerji təhlükəsizliyində mürəkkəb geosiyasi mühitdə aparıcı rol oynayıb".

Jan Mari Bokel vurğulayıb ki, Azərbaycan eləcə də Əfqanıstana NATO qoşunlarının çıxarılmasında da qabaqcıl rol oynayanlar sırasında olmuşdur. Bakı dialoq üçün regional platformaya çevrilmiş, bütün Avrasiya boyunca onun bu mövqeyi alqışlanıb: "Qeyd etmək yerinə düşər ki, Azərbaycan bu müsbət inkişafa ərazisinin təxminən 20 faizinin hələ də qonşu Ermənistanın işğalı altında olduğu bir şəraitdə nail olmuşdur. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Əminəm ki, Fransa və Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələrin dinamikasını bundan sonra da gücləndirəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti