Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Suriyada hərbi əməliyyat ölkədə vəziyyəti mürəkkəbləşdirmək əvəzinə vətəndaş müharibəsinə və insanların ölümünə son qoyacaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Nazirin sözlərinə görə, Suriyada kimyəvi silahın beynəlxalq nəzarət altına verilməsi bütün problemləri həll etməyəcək və Bəşşar Əsədin ölkə sakinlərinə qarşı zorakılığı dayandıracağına zəmanət verməyəcək.
Ə.Davudoğlu bildirib ki, Suriya rejiminə qarşı daha qətiyyətli addımlar atılmalıdır.